“Rus tankı” qadağaya baxmayaraq, Bakıya gəlir

Sabah Bakıda güləş üzrə Olimpiya Təsnifat turnirinə start verilir. Yarışın başlamasına bir gün qalmış məlum olub ki, Beynəlxalq Olimpiya Komitəsi sərbəst güləş üzrə ikiqat olimpiya çempionu, Rusiyanın məşhur güləşçisi Abdulrəşid Sadulayevin turnirdə çıxışına qadağa qoyub.

Bununla belə, “Rus tankı” ləqəbli idmançı yenə də Rusiya komandası ilə Bakıya gedəcək. Bu barədə TASS-a Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib.

“Sadulayev Bakıya uçacaq, ümid edirik ki, yarış başlayana qədər vəziyyət düzələcək”.

Sadulayevlə bağlı qərar dəyişməsə, o zaman 97 kq çəki dərəcəsində onu Əlixan Cəbrayılov   əvəzləyəcək.

Lisenziya turniri aprelin 5-dən 7-dək Bakıda keçiriləcək. Lisenziya qazanmaq üçün güləşçilər finala yüksəlməlidirlər. Azərbaycanı yarışda 14 idmançı təmsil edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ