“Mənim bu gün futbola gəlişimin 20 ili tamam olur. “Neftçi”nin prezidenti kimi fəaliyyətə başlamışdım. Rusiyada keçirilən “Birlik Kuboku”nda oynamışdıq. Qurban Qurbanov da orada idi. Amma meydana çıxmamışdı. Ermənilər qarşımıza çıxmaqdan qorxmuşdular. Futbola gəldiyimə görə peşman deyiləm”.
Bu sözləri AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev qurumun hesabat seçki konfransında deyib.
R.Abdullayev çıxışını “Kral öldü, yaşasın yeni kral! Keçək seçkiyə” sözləri ilə yekunlaşdırıb.