“Qarabağ”ın kapitanı Maksim Medvedev Metaratings.ru saytına müsahibəsində komandanın Azərbaycan çempionatında üstünlüyünün səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
“Klubun yüksəlişi komanda işi sayəsində baş verdi. Komandanın və məşqçinin işinə heç vaxt qarışmayan rəhbərlikdən başlayaraq. Məşqçi özü öz üzərində çox çalışıb. O, Qvardiola, Klopp və digər məşqçilərin yanına gedib. Azərbaycandakı statusuna baxmayaraq, o, hələ də öz üzərində işləməyə davam edir”, - Medvedev bildirib.
“Qarabağ” 11 qat Azərbaycan çempionudur ki, bu da ölkə tarixində ən yaxşı nəticədir. Qurban Qurbanovun yetirmələri 2013/24 mövsümündən bəri komanda on dəfə liqa çempionu olub. Azərbaycan kubokunda qazanılan qələbələrin sayına görə də “Qarabağ” rekordçudur (7 dəfə).