“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu - video

“Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu olub.

Ağdamlılar sona 8 tur qalmış buna nail olublar.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ