ATV-nin tanınmış aparıcısı AFFA-nı yıxıb-sürüdü - VİDEO

ATV kanalının aparıcısı İlkin Xəlilov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını sərt tənqid edib.

Buta.media-nın məlumatına görə, Azərbaycanın 21 yaşlılardan ibarət futbol üzrə milli komandasının lixtenşteynli həmyaşıdlarına biabırçı şəkildə 1-o uduzmasını şərh edən ATV aparıcısı AFFA rəhbərliyini və baş katib Elxan Məmmədovu kəskin sözlərlə hədəfə çıxarıb.

Qeyd edək ki, 21 yaşlılardan ibarət milli komandamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə tarixinin ilk qələbəsini daddırıb.

Videoonu təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ