Türkiyə Super Kuboku ilə bağlı yekun qərar verildi

Türkiyə Super Kuboku uğrunda keçiriləcək matçla bağlı qərar verilib. 

Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, görüş aprelin 7-si Şanlıurfa şəhərində təşkil olunacaq. Belə ki, “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbaxça” üz-üzə gələcək.

Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ