AVRO-2020-nin oyunlarına bilet satışı başlayır - QİYMƏTLƏR

UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək AVRO-2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb.

Buta.media xəbər verir ki, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.

Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.

Bakıda üç qrup mərhələsinin oyunlarına bilet almaq istəyənlər 1-ci kateqoriya üçün 30, 2-ci kateqoriya üçün 75 və 3-cü kateqoriya üçün 125 avro ödəməlidir. Bakıdakı bir 1/4 final mərhələsinin biletlərinin qiyməti də kateqoriyalar üzrə eyni olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ