“Real” “Siti”yə, “Arsenal” isə “Bavariya”ya qarşı - ÇL-da püşk atıldı

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Cütlüklər belədir:

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya);

“Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya);

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə);

“Paris Saint-Germain” (Fransa) - “Barselona” (İspaniya).

1/4 finalın ilk oyunları aprelin 9 və 10-da, cavab görüşləri isə aprelin 16 və 17-də keçiriləcək.

Yarımfinal mərhələsinin də püşkatma mərasimi də keçirilib:

“Atletico Madrid” / “Borussiya” - “Paris Saint-Germain” / “Barselona”;

“Arsenal” / “Bavariya” - “Real Madrid” / “Mançester Siti”.

1/2 final mərhələsinin ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri isə mayın 7-də və 8-də keçiriləcək.

Çempionlar Liqasının finalı iyunun 1-də Londonda “Uembli” stadionunda keçiriləcək. Çempionlar Liqasının hazırkı qalibi ötən il finalda “İnter”i məğlub edən “Mançester Siti”dir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ