UEFA reytinqi: Azərbaycan mövsümü neçənci pillədə başa vurdu?

Azərbaycan 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub.

Avrokuboklardakı son iştirakçımız “Qarabağ”ın da mübarizəni dayandırması ilə reytinqdə irəliləməyəcəyimiz dəqiqləşib.

Həmçinin sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.

Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsal 5.875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabərdir.

UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ