Azərbaycan boksçuları erməniləri darmadağın ediblər - video

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

Boks Federasiyasından verilən məlumata görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionu 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb. Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Xatırladaq ki, ötən gün Azərbaycan boksçusu Nicat Hüseynov 1/8 final mərhələsində ermənistanlı Rudolf Qarboyanı məölub edib. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ