Tarixi oyun: “Qarabağ” “Bayer”lə üz-üzə gələcək

Bu gün, martın 7-də, Azərbaycan çempionu “Qarabağ” klubu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə qarşılaşacaq.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı saat 21:45-də başlayacaq. Oyunu fransalı Benua Bastien idarə edəcək.

Qurban Qurbanovun yetirmələri qrup mərhələsində “Bayer”lə iki dəfə üz-üzə gəlib və məğlub olub  (1:5, 0:1)

Cavab oyunu bir həftə sonra, martın 14-də Leverkuzendə keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ