Messi qlobal fəlakətlə mübarizəyə qoşuldu

Futbol üzrə dünya çempionu Lionel Messi iqlim böhranı ilə mübarizəyə başlayıb. “Forbes” yazır ki, idmançı “Join the Planet” fondu və ekoloji cəhətdən təmiz materiallar brendi “Karün” ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Əməkdaşlığın bəhrəsi kolleksiya butsları olacaq. Messi layihənin siması kimi çıxış edəcək. Butslar atılmış balıq torlarının neylonundan, təkrar emal edilmiş şüşə lif və şüşə qapaqlarından hazırlanacaq. İstehsal üçün lazım olan materiallar Cənubi Amerikanın cənubunda, İndoneziya, Çin, Tailand, Hindistan və Qanada toplanacaq.

Ekoloji cəhətdən təmiz çəkmələr martın sonunda satışa çıxarılacaq. Gəlir Messinin doğulduğu şəhərin yaxınlığından axan Parana çayının bərpasına yönəldiləcək. Messi layihənin yaradılmasında əsas rol oynayıb. Eko-fond direktorunun sözlərinə görə, onun öz imici iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla, “bir komanda kimi oynamağa” çağırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ