Şahruddin kobud səhvdən sonra əvəzləndi - video

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor” “Antalyaspor”un qonağı olub.

Matçın gedişində kobud səhvə yol verən “Qarabağ”ın keçmiş qolkiperi komandasının ikinci qolu buraxmasına şərait yaradıb. Fasiləyə 2:0 məğlub yollanan Adana klubu ikinci hissəyə Şahruddinsiz başlayıb. Məhz bundan sonra komanda geridönüş edərək irəli çıxıb. Lakin sonda ev sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Yekunda qarşılaşma sülhlə bitib - 3:3.

Qeyd edək ki, hazırda “Adana Dəmirspor” 32 xalla turnir cədvəlində 10-cu pillədədir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ