Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün yarışda qadın güləşçilər mübarizə aparırlar.

50 kq çəki dərəcəsində yer alan Azərbaycan güləşçisi Mariya Stadnik finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik 10-cu dəfə Avropa çempionu olub.

Bu gün Azərbaycan millisinin digər üzvü Alyona Kolesnik (59 kq) də final görüşünə çıxacaq. O, Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ