Mbappe “Real”a şərt qoydu

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe “Real” komandasına keçmək üçün şərt irəli sürüb.

CBS telekanalının məlumatına görə, forvard 2024-cü ildə Parisdə keçiriləcək ev Olimpiadasında oynamaq istəyir.

Yarış FİFA-nın rəsmi turnirlərindən kənarda keçirilir, buna görə də oyunçular Olimpiadaya qatılmaq üçün icazə almalıdırlar. Mbappe müqavilə imzalamadan əvvəl Oyunlarda iştirakını təsdiqlətmək istəyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ