Messi “Barselona” üçün baş məşqçi tövsiyə etdi

Argentinanın baş məşqçisi Lionel Skaloni “Barselona”ya rəhbərlik edə bilər. Bu barədə “Todofichajes” məlumat yayıb.

Mənbənin öyrəndiyi kimi, İspaniya klubunun rəhbərliyinə baş məşqçi postuna namizədliyi hücumçu Lionel Messi şəxsən tövsiyə edib. Qeyd edilir ki, Skaloninin gəlişi argentinalı futbolçuların “Barselona”ya cəlb olunmasına kömək edəcək. Üstəlik, bu müqavilə kluba maliyyə baxımından da sərfəli olacaq.

Daha əvvəl “Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Onun fikrincə, kataloniyalılara istiqamət dəyişikliyinə ehtiyac var.

Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Amerika Kubokunu və 2022-ci ildə Dünya Kubokunu qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ