Yurgen Klopp mövsüm sonunda “Liverpul”u tərk edəcək

Almaniyalı baş məşqçisi Yurgen Klopp 2023/2024 mövsümünün sonunda “Liverpul”u tərk edəcək.

Bu barədə 56 yaşlı məşqçi komandanın azarkeşlərinə xüsusi müraciətində deyib.

Müqaviləsinin müddəti 2026-cı ilə qədər olan Klopp, gedişini “enerjisinin tükəndiyini” izah edib. Məşqçinin sözlərinə görə, o, noyabrda komandadan ayrılmaq arzusunu oyunçulara bildirib.

“Liverpul” klubu Kloppu kimimlə əvəz ediləcəyini hələlik açıqlamayıb.

Klopp “Liverpul” tarixinin ən uğurlu menecerlərindən biridir. 2019-cu ildə klubla Çempionlar Liqasının qalibi olub (daha iki dəfə - 2018 və 2022-ci illərdə finala yüksəlib), 2020-ci ildə isə komandanı İngiltərə Premyer Liqasında qalibi edib - “Liverpul” 30 ildə ilk dəfə çempion olub. Klopp həmçinin “Liverpul”la UEFA Super Kubokunu (2019), Klublararası Dünya Kubokunu (2019), İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu (2022) qazanıb.

Klopp “Liverpul”a keçməzdən əvvəl 7 il Dortmund “Borussiya”sını çalışdırıb. “Borussiya” ilə o, iki dəfə Almaniya çempionu olub (son 14 ildə titulun “Bavariya”ya getmədiyi yeganə iki dəfədir) və bir dəfə Çempionlar Liqasının finalına yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ