“Neftçi” Syerra Leone millisinin futbolçusunu heyətinə qatdı

Bakının “Neftçi” klubu qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Paytaxt təəmsilçisi Syerra Leone millisinin futbolçusu Alfa Konte ilə müqavilə imzalayıb.

Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan transfer olunmuş 23 yaşlı sol vinger yeni komandasının heyətində 20 nömrəli formanı geyinəcək.

Konte Syerra Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra Leone milli komandasının heyətində 2 oyun keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ