FİFA Messini ən yaxşı kimi tanıdı. Argentinalı mükafatlandırma mərasiminə gəlmədi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.

Messi ilə yanaşı namizədlər arasında “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalland və PSJ-nin fransalı hücumçusu Kilian Mbappe də var idi.

Mükafatın qalibi müəyyən edilərkən oyunçuların 2022-ci il dekabrın 19-dan ötən il avqustun 20-dək olan uğurları nəzərə alınıb. Messi karyerasında dördüncü dəfə FİFA mükafatını qazanıb.

Maraqlıdır ki, Messi mükafatlandırma mərasiminə gəlməyib. Nəticədə, argentinalı zalda birbaşa iştirakı olmadan ən yaxşısı kimi tanınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ