Dünyanın ən yaxşı futbolçusu Bakıda

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib. 

Buta.media xəbər verir ki, "Report"un məlumatına görə, Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək. 

Onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də Azərbaycan paytaxtındadırlar. 

Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ