İngiltərənin “Çelsi” komandasının Avropa Liqasında “Arsenal”la keçirəcəyi oyundan öncə son məşqində futbolçular arasında qalmaqal baş verib.
Buta.media Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Olimpiya stadionundakı hazırlıq prosesi zamanı argentinalı hücumçu Qonsalo İquain və braziliyalı müdafiəçi David Luiz arasında gərginlik yaşanıb. İquain komanda yoldaşına nə isə deməyə çalışsa da, Luiz onu əli ilə itələyib.
Bundan sonra baş məşqçi Mauritsio Sarri braziliyalı oyunçu ilə söhbət etməyə başlayıb. Meydanı tərk edərkən isə italiyalı mütəxəssis kepkasını başından çıxararaq yerə tullayıb və təpiklə vurub.
Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 23:00-da başlanacaq.
Whaaat? Maurizio Sarri leaving Chelsea training being mad at David Luiz behaviour pic.twitter.com/4x3hGpRPIC
— Tancredi Palmeri (@tancredipalmeri) 28 мая 2019 г.