Şahruddin yenə eyni səhvi etdi - Video

Azərbaycan yığmasının üzvü  Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə superliqasının 19-cu turunda “Başakşehir”lə qarşılaşıb.  

“Qafqazinfo” xəbər verir ki, yığmamızın qapıçısı bu qarşılaşmada kobud səhvi ilə yadda qalıb.

Belə ki, o matçın 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqib klubun futbolçusuna ötürüb. Həmin futbolçu Ş. Məhəmmədəliyevin bu səhvini fürsətə çevirərək, qol vurub.

Lakin, hakim həmin qolu qeydə almayıb. Çünki, “Başakşehir”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olublar.

Qeyd edək ki, oyun qolsuz bərabərliklə başa çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ