“Hər şey əvvəlki kimi deyil”: Şumaxerin qardaşı “Formula 1” pilotunun həyatından danışdı

Mixael Şumaxerin kiçik qardaşı Ralf Şumaxer 7 qat “Formula 1” çempionunun səhhətindən danışıb. Onun sözlərini “Bild” nəşri sitat gətirir.

Kiçik Şumaxer qəzanın onların ailəsini çox dəyişdiyini və Mixael üçün darıxdığını deyib. O qeyd edib ki, qardaşı bundan sonra əvvəlki kimi həyat yaşaya bilməyəcək.

“Həyat bəzən ədalətsiz olur. Mixael həyatda çox şanslı idi, lakin bu faciəli hadisə baş verdi. Xoşbəxtlikdən tibbdə yeni imkanlar var, amma yenə də hər şey əvvəlki kimi deyil”, - Ralf Şumaxer bildirib.

2023-cü ilin yazında Mixael Şumaxerlə saxta müsahibəyə görə qalmaqal baş verib

2023-cü ilin aprelində Almaniyanın “Die Aktuelle” jurnalı “Formula 1” pilotu ilə müsahibə dərc edib. Ön səhifədə “Mixael Şumaxer, ilk müsahibə!” başlığı ilə bir fotoşəkil yer alıb. Materialda deyilir ki, qəzadan sonra idmançının həyatı tamamilə dəyişib və bütün ailəsi üçün dözülməz olub.

Sonradan məlum olub ki, müsahibə süni intellekt tərəfindən hazırlanıb

Bundan sonra Şumaxerin yaxınları nəşri məhkəməyə verib. Jurnalın baş redaktoru Enn Hoffman işdən çıxarılıb.

Funke Mixael Şumaxerin ailəsindən üzr istəyir. Bu zövqsüz və çaşdırıcı yazı heç vaxt dərc edilməməli idi. Bu, heç bir halda bizim və oxucularımızın gözlədiyi jurnalistika standartlarına cavab vermir

FUNKE Nəşriyyat Evinin icraçı direktoru Bianka Polmann

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ