Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olub.
Qurban Qurbanovun komandası bu raundda Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” bu komanda ilə ilk matçını fevralın 15-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə fevralın 22-də Bakıda olacaq.
Digər cütlüklər aşağıdakılardır:
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
“Milan” (İtaliya) – “Renn” (Fransa)
“Lans” (Fransa) – “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)
“Qalatasaray” (Türkiyə) – “Sparta” (Praqa, Çexiya)
“Şaxtyor” (Ukrayna) – “Marsel” (Fransa).