Respublika stadionundan yıxılan fəhlə öldü

Tofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb. Arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri apararkən fəhlələrdən biri yhündürlükdən yıxılıb. 

1968-ci il təvəllüdlü Sulduz Şükürov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Stadionun direktoru Tələt Məmmədov bildirib ki,  “Qarabağ”ın Avropa Liqasında “Hekken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra təmir-bərpa işləri davam etdiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ