Asiya Futbol Konfederasiyası “Buriram Yunayted”də çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevə ağır cəza verib.
Yığmamızın forvardı Asiya Çempionlar Liqasında Çinin “Zhejiang” klubu ilə matçda etdiyi davaya görə 8 oyunluq cəza alıb.
Xatırladaq ki, Çin klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyundan sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev rəqib komandanın bir çox futbolçusunun fiziki hücumuna məruz qalıb.