“Time” jurnalı ilin idmançısının adını açıqlayıb


Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi “Time” jurnalı tərəfindən ilin ən yaxşı idmançısı seçilib. Bu barədə nəşrin rəsmi saytında məlumat verilib.

Jurnal qeyd edib ki, Messinin ABŞ-a köçməsi ölkədə futbolun populyarlığının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 

Hücumçu iki il Fransada PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Hazırda MLS-də mövsüm başlamazdan əvvəl fasilə var.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. Turnirdə hücumçu yeddi oyunda yeddi qol vurub, onlardan dördü penaltidən olub. Finalda Fransa ilə görüşdə dubla imza atıb.

Oktyabrın 30-da argentinalı hücumçu karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ