Avro 2024-ün qrup mərhələsinin püşkü atıldı

Avro-2024-ün qrup mərhələsinin püşkü atılıb. Püşkatma mərasiminin yayımı Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytında aparılıb.

Komandalar altı qrupa bölünüb. A kvartetinə Almaniya, Macarıstan, Şotlandiya və İsveçrə daxildir. B qrupunda İspaniya, Albaniya, Xorvatiya və İtaliya yığmaları mübarizə aparacaq.

İngiltərə, Danimarka, Sloveniya və Serbiya C qrupunda üz-üzə gələcəklər. Fransa, Avstriya və Hollandiya isə D kvartetində yer alıblar. Qrupun daha bir üzvü 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarının nəticələrinə əsasən məlum olacaq. Bu, Polşa, Estoniya, Uels və ya Finlandiya ola bilər.

E qrupunda Belçika, Rumıniya və Slovakiya var. Onlara həmçinin pley-offdan bir komanda - Bosniya və Herseqovina, Ukrayna, İslandiya və ya İsrail qoşulacaq. F qrupunda Portuqaliya, Türkiyə və Çexiya milliləri mübarizə aparacaq. Kvartetin sonuncu iştirakçısı Gürcüstan, Lüksemburq, Yunanıstan və ya Qazaxıstan olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ