İki güləşçimiz dünya çempionu oldu

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir.

Bu gün Azərbaycanın daha 5 güləşçisi medal qazanıb. Mübarizəyə qoşulan 7 təmsilçimizdən 5-i mükafata yiyələnib.

Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medal qazanıb.

Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) isə erkən uduzublar.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ