Premyer Liqa: “Qarabağ” “Sabah”ı məğlub etdi və lider oldu

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

İlk oyun günündə bir görüş baş tutub.

Son çempion “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ın qonağı olub. 

32-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Apeh 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. “Köhlən atlar”da Toral Bayramov 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. İki dəqiqə sonra Nəriman Axundzadə komandasının ikinci qoluna imza atıb. 63-cü dəqiqədə Cesse Sekidika “bayquşlar”ın təsəlli qolunun müəllifi olub.

Ağdamlılar bu oyunda qalib gəlməklə vahid liderliyi ələ keçiriblər. “Sabah” 16 xalla 7-cidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ