Xankəndi şəhər stadionu bu nazirliyin balansına verildi

Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib. Bu barədə AFFA-dan məlumat verilib.

Bildirilib ki, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur.

Federasiyanın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yaxınlarda Qarabağa yollansa da, stadionda görülən tədbirlərə bilavastə GİN tərəfindən nəzarət edilir.

Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.

Qondarma rejimin "bayrağ"ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri "metalom"a atılıb.

Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq./

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ