Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıldır. Buna qədər komandaya qızıl medalı Hidayət Heydərov (73 kq) əldə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ