Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində qüvvələrini sınayıblar.
Təmsilçilərimiz Nəriman Abbasov, Tofiq Musayev (hər ikisi 71 kq) və Vüqar Kərəmov (66 kq) Milli Gimnastika Arenasında keçirilən döyüş gecəsində mübarizə aparıblar.
Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə görüşüb. Döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib.
Kərəmov yaponiyalı Çihiro Suzukiyə uduzub. Abbasov isə rusiyalı Ali Abdulxalikovla qarşılaşmada məğlub olub.