UEFA “Qızıl top” mükafatının həmtəşkilatçısı olacaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə “Qızıl top” mərasimininin təşkilində iştirak edəcək. Bu barədə qurumun saytında məlumat verilir.

UEFA mərasimi keçirən “France Football” və “L'Equipe” media şirkətlərinin sahibi olan “Groupe Amaury” ilə tərəfdaşlıq elan edib. UEFA kommersiya təşviqi və mükafatlandırma mərasiminin təşkili ilə məşğul olacaq.

“UEFA və Qızıl top idman mükəmməlliyi ilə sinonimdir, ona görə də bizim tərəfdaşlığımız tanınma və sinerjinin təbii kombinasiyası olacaq”, - qurumun prezidenti Aleksander Çeferin deyib. 

2023-cü ildə “Qızıl top”u “İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi alıb. O, karyerasında səkkizinci dəfə bu mükafatı qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ