“Sabah”dan “Neftçi”yə maraqlı cavab - video

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Neftçi”nin 1:0 hesabı ilə məğlub edən “Sabah” rəqibinin matçdan əvvəl sosial şəbəkə hesabından paylaşdığı videoya cavab verib.

Masazır təmsilçisi “ağ-qaralar”ın qarşılaşmanın anonsu üçün “sabah olmayacaq, sabah olmayacaq” sözlərinin yer aldığı videonu qələbədən sonra “Matrix” filmindən bir səhnə ilə cavablayıb.

Xatırladaq ki, ötən gün keçirilən qarşılaşmada yeganə qolu “Sabah”ın futbolçusu Boyan Letiç (90+5) vurub. “Neftçi” doğma azarkeşlər qarşısında vacib 3 xal itirərək, lliderlərə yaxınlaşmaq şansını qaçırıb. Murad Musayevin yetirmələri bir həftədə iki qələbə qazanaraq, turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ