Bakıda tanınmış diktor idman zalında vəfat etdi - video

Tanınmış azərbaycanlı diktor Ramiz Qafarov vəfat edib.

Yerli KİV-in xəbərinə görə, Azərbaycan Voleybol Mərkəzində Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə matçını izləyən Qafarovun vəziyyəti qəfil pisləşib. 

Matçı seyr edənlər arasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da olub. Onun göstərişi ilə Ramiz Qafarova Gömrük Hospitalının həkimləri yardım etməyə çalışıblar.

Həkimlərin səylərinə baxmayaraq, infarkt keçirən R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ