Azərbaycanın ən məşhur bodibilderləri Elektra Events Hall-da keçirilmiş mens fizik və fitnes-bikini üzrə Azərbaycan çempionatında, həmçinin Klassik bodibildinq üzrə kubokda medallar uğrunda yarışıblar.
Buta.media məlumat verir ki, Sputnik Azərbaycan-ın xəbərinə görə, ümumilikdə yarışlarda 31 atlet iştirak edib.
Çempionat fitnes-bikini kateqoriyasında əla fiqura nümayiş etdirmiş Salatın Əsədovaya mükaftın təqdim edilməsi ilə açılıb.
Daha sonra yarış mens fizik kateqoriyası ilə davam edib. Bu yarışda boyu 170 sm-dək olan idmançılar arasında Elşən Nuri, boyu 176 sm-dək olanlar arasında Tural Aslanov, boyu 176 sm-dən yuxarı olanlarda isə İmaş Quluzadə qalib gəlib.
Klassik bodibildinq üzrə ölkə kuboku uğrunda yarış çox gərgin şəraitdə keçib. Nəticədə boyu 175 sm-dək olan bodibilderlər arasında Murad İsayev, boyu 175 sm-dən hündür olanlarda Rauf Əliyev qalib olublar. Çəkisi 75 kq-dək olan idmançılar arasında kubokun sahibi Teymur Aslanov, 90 kq-dək olanlarda Əliyulla Abbaszadə, 90 kq-dan yuxarı çəkidə isə Şükran Soltanov olub. Bu tarış növündə hər bir bodibilder öz fərdi prqoramı ilə çıxış edib.