Ronaldo 99 şallaq cəzası ala bilər

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ala bilər.

Bu barədə “Rouydad24” məlumat yayıb.

Belə ki, Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edən Ronaldo portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu fiziki məhdudiyyətli rəssam qızı qucaqlayıb öpüb. İran qanunlarına görə, Ronaldonun bu addımı zina kimi qiymətləndirilir və bunun cəzası 99 şallaq hesab olunur.

Qeyd olunur ki, hazırda əfsanəvi futbolçuya qarşı işin açılıb-açılmaması məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ