“Qarabağ”ın futbolçusunun çantası oğurlandı, dava düşdü - video

Ötən gün baş tutan “Neftçi” - “Qarabağ” oyunundan sonra “Köhlən atlar”ın futbolçusu Elvin Cəfərquliyev azarkeşlə dava edib.

Buna səbəb azarkeşin futbolçunun çantasını oğurlaması olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azarkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ