Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Bu barədə Güləş Federasiyası məlumat yayıb.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı erməni rəqibi Malxas Amoyanla üz-üzə gəlib.

Ermənistan təmsilçisinə 5:0 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ