Güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev dünya çempionatının 1/4 finalında Ermənistan idmançısı Vazgen Tevanyanla üz-üzə gəlib.
Qarşılaşma qalmaqalla yadda qalıb.
Görüşün sonlarına yaxın idmançılar arasında gərginlik yaranıb. Belə ki, V.Tevanyan idmançımızın üzərinə hücum edərək onu təxribata çəkib. H.Əliyev isə özünü müdafiə etməyə çalışıb.
Hakimlər və məşqçilər heyəti onları sakitləşdirə bilib.