Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb.
Matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.
Bu səbəbdən matçda fasilə yaranıb, daha sonra oyun davam etdirilib.
UEFA-nın bu təxrribata görə Ermənistan Futbol Federasiyasına hansı cəzanı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, bu, ermənilərin ilk belə addımı deyil. 2010-cu ildə Luksemburqda Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında da anoloji təxribat baş vermişdi.