Türkiyə polisindən Azərbaycan bayrağına böyük ehtiram - video

AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçından öncə maraqlı anlar yaşanıb.

Yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib.

Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.

Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılmışdı. Buna baxmayaraq, stadionda Azərbaycan bayraqlarına rast gəlinib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ