Şahruddin “Qarabağ”dan ayrılır

Azərbaycan milli komandası və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

29 yaşlı qolkiperin Superliqa təmsilçisi “Adana Dəmirspor” klubu ilə 2+1 illik müqavilə bağladığı qeyd olunub.

Bildirilib ki, Türkiyə klubu keçid üçün “atlılar”a təzminat ödəməyəcək. Şahruddin Türkiyədə yerli futbolçu statusu ilə çıxış edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ