Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verdi - FOTO

Məşhur karikaturaçı Omar Momani Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə əlaqədar yeni rəsm çəkib. 

Buta.media xəbər verir ki, o “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı fikirlərinə reaksiya verib.

Karikaturaçı Kloppun “Bu qərarı verənlər səhər nə yeyirlər?” tərzdə iradına özünəməxsus şəkildə cavab verib.

Momaninin karikaturasında “Çelsi” və “Arsenal” komandasının üzvləri səhər yeməyində təsvir edilib. 

Klopp da rəsmə əlavə edilib.

“Cənab Klopp, bizə qoşul!

Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hamını xoşbəxt edir. Mütləq dadına baxın”, - deyə O.Momani karikaturanı paylaşaraq yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ