Tanınmış Azərbaycan futbolçusu Türkiyədə vəfat etdi

Azərbaycan futboluna ağır itki üz verib.

Fanat.az-ın məlumatına görə, Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il “Səbail”də başa vurmuşdu.

Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ