Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yekunlaşıb. Norveçli qrosmeyster Maqnus Karlsen turnirin qalibi olub.
O, finalda hindistanlı Rameşbabu Praqnanandha üzərində qələbə qazanıb.
Klassik partiyalardakı ardıcıl heç-heçələrdən sonra tərəflər bu gün rapid oyunlarında üz-üzə gəliblər. Bir görüşdə qələbə qazanıb, digərində heç-heçə edən Karlsen Dünya Kubokunun qalibi olub. O, karyerasında ilk dəfə bu titula yiyələnib.
Azərbaycanlı qrosmeyster Nicat Abasov isə dördüncü yeri tutub.
O, üçüncülük qarşılaşmasında ABŞ-li Fabiano Karuanaya uduzub.
Klassik partiyalardakı 1:1 hesablı heç-heçədən sonra qalib rapid oyunlarında müəyyənləşib. Hər iki rapid görüşündə məğlubiyyətlə üzləşən N.Abasov dördüncülüklə kifayətlənib.