Norveçli şahmatçı Maqnus Karlsen Bakıdakı Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasovla oyunlardan danışıb.
Keçmiş dünya çempionu qrosmeysterimizin çoxlu resurslar tapmasının onu əsəbiləşdirdiyini söyləyib:
“Abasov çox inamlı oynayırdı. O, sürətli və uğurlu gedişlər edirdi. Buna görə də asan olmadı. Nicat Abasovun çoxlu resurslar tapması məni əsəbiləşdirirdi. Amma cavab görüşündə risksiz oynadım. Onun ideyalarını anladığım üçün qalib gələ bildim”.
Qeyd edək ki, iki oyunun cəmində 1,5:0,5 hesablı qələbə qazanan Maqnus Karlsen Dünya Kubokunda finala yüksəlib. Nicat Abasov isə üçüncülük uğrunda yarışacaq.