Afinada Yunanıstanın AEK və Xorvatiyanın “Dinamo” futbol klublarının fanatları arasında kütləvi dava baş verib.
Dava nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.
Məlumata görə, UEFA-nın “Dinamo” klubunun tərəfdarlarına sözügedən oyunda iştirakına qadağa qoymasına baxmayaraq, 150-200 tərəfdardan ibarət qrup avtomobillərlə Yunanıstana gəlib.
Öldürülən 22 yaşlı AEK azarkeşi çoxsaylı bıçaq zərbələri alıb.
Polis 96 nəfəri saxlayıb, onlar arasında 82 xorvat, bir avstriyalı, bir bosniyalı, bir alban, bir alman və iki yunan var.
Afinada bir neçə mağazanın vitrinləri və avtomobillər zədələnib, xorvatlar dayanacaq yaxınlığındakı zibil qutularını yandırıblar, avtomobillərin ön şüşələrini sındırıblar.