Kriştianu Ronaldu Bakıya gəlir

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Azərbaycana gələcək.

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.

Ronaldu şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ